“Mənim onlara böyük hörmətim var” – Salah

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 3-cü turunda keçiriləcək “Mançester Yunayted”lə oyun haqda fikirlərini bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, misirli futbolçu “Mançester Yunayted”ə böyük hörməti olduğunu deyib:

“Mançester Yunayted” yaxşı oyunçulara malik komandadır. Mövsümə yaxşı başlamadılar, amma bizi məğlub etmək istəyirlər. Mənim onlara böyük hörmətim var. Əminəm ki, “Mançester Yunayted” bu matçda qələbə qazanmaq üçün var gücü ilə mübarizə aparacaq. Asan olmayacaq, bir, iki və ya üç qol vuracağımı düşünmürəm. Onların yaxşı oyunçuları, yaxşı məşqçisi var, ona görə də, asan olmayacaq”.

30 yaşlı misirli hücumçu bu mövsüm Premyer Liqada 2 oyun keçirib və 1 qol vurub.

“Liverpul” avqustun 22-də, səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button