Marselonu güldürən şey

“Real”ın sabiq müdafiəçisi Marselo Madrid klubunun Çempionlar Liqasının finalına yüksəlməsini şərh edib.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Məni güldürən bir şey varsa, o da hələ də “Real”a şübhə edənlərin olmasıdır”.

Mayın 8-də Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real” “Bayern”ə qalib gələrək (2:1, 2:2) finala yüksəlib.

Çempionlar Liqasının finalında “Real” yarımfinalda PSJ-ni məğlub edən Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Həlledici qarşılaşma iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button