“Mən xəyanətkar deyiləm” – Sarri

“Çelsi” ilə yollarını ayırıb, “Yuventus”la anlaşacağı deyilən Mauritsio Sarri açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bir vaxtlar “Napoli”ni çalışdıran italiyalı mütəxəssis, “qoca sinyora” ilə anlaşarsa, bunun xəyanət olmayacağını deyib:

“Mən xəyanətkar deyiləm. Xəyanətkar sizdən üz çevirəndir. Bir çox futbolçu Milanın hər iki klubunda oynayıb. Bunu açıq şəkildə etməmək daha yaxşı olar”.

Bir müddət əvvəl “Napoli”nin futbolçusu Lorenso İnsinye və Neapol təmsilçisindən “Çelsi”yə transfer olunmuş Jorjinyo Sarrinin “Yuventus”a baş məşqçi təyin olunmasının xəyanət kimi dəyərləndiriləcəyini bildirmişdilər.

Sarri 2015-2018-ci illərdə “Napoli”nin “sükanı arxasında” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button