“Mən “Liverpul”dakı işi milli komandadakı işlə birləşdirə bilmərəm” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Yulian Naqelsmannın Almaniya millisinə rəhbərlik edə biləcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Komanda.az RTL telekanalına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bunları söyləyib:

“Düşünürəm ki, Nagelsmann həqiqətən əla qərardır, çünki o, əla məşqçidir. Hər şey belə getsə, çox şad olardım. Yaş? Bunun heç bir əhəmiyyəti yoxdur. Artıq 28 yaşında o, fantastik məşqçi olduğunu sübut etdi. Onun ən yüksək səviyyədə səkkiz illik təcrübəsi var ki, çoxu buna yalnız 45-50 yaşlarında nail olur”.

Klopp hazırda özünü Almaniya millisinin baş məşqçisi kimi görməməsinin səbəbini də açıqlayıb:

“Mən “Liverpul”a sadiqəm, ürəyim buradadır. Siz sadəcə son səkkiz ili başa düşə bilməzsiz. Klubla müqavilə bağladım və bu, şüurlu bir qərar idi. İndi isə mən “Liverpul”dakı işi milli komandadakı işlə birləşdirə bilmərəm”.

Almaniya Futbol Federasiyası sentyabrın 10-da milli komandanı 2021-ci ildən çalışdıran Hans-Diter Flikin istefaya göndərildiyini açıqlayıb.

Klopp 2015-ci ildən “Liverpul”a rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button