“Mən kuboklar qazanmaq istəyirəm” – “Liverpul”un yeni transferi

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister yeni komandası ilə nəyə nail olmaq istədiyini açıqlayıb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, o, baş məşqçi Yurgen Kloppun hansı futbolçulara ehtiyacı olmasından da danışıb:

“Klopp mənə qələbə zehniyyətinə sahib olan və xətlər arasında oynaya bilən oyunçulara ehtiyacı olduğunu söylədi. Mən həmişə belə olmuşam və dünya çempionatından sonra daha da gücləndim. Mən kuboklar qazanmaq istəyirəm. Bu, mənim və klubun məqsədidir. “Liverpul” Avropanın və dünyanın ən böyük klublarından biridir”.

24 yaşlı argentinalı bu yay “Brayton”dan “Liverpul”a keçib. O, keçən mövsüm “Brayton”un heyətində Premyer Liqada 35 matça çıxıb, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button