“Mənə verdiyin nəsihətləri hər zaman diqqətdə saxlayacam”

PSJ-nin forvardı Kilian Mbappe karyerasını başa vuran qapıçı Canluici Buffonla bağlı fikirlərini bildirib:

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, italiyalı sabiq futbolçuya uğurlar arzu edib:

“Əziz Buffon, səni tanımaq, eyni komandada çıxış etmək şansına sahib olmaq mənim üçün böyük şərəf idi. Mənə verdiyin nəsihətləri hər zaman diqqətdə saxlayacam. Yolun uğurlu olsun!”

Mbappe və Buffon 2018/19 mövsümündə PSJ-də birgə çıxış ediblər. Buffon 45 yaşında futbolla vidalaşıb. O, karyerası ərzində “Parma”, “Yuventus” kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button