“Məqsədimiz kuboklar qazanmaqdır” -Xavi

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunun 2022/23 mövsümündə hədəflərindən danışıb. 

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 42 yaşlı ispaniyalı məşqçi “Barsa”nın kuboklar qazanmaq istədiyinu deyib:

“Barselona”nın çox yaxşı komandası var, məşq təcrübəsi gözəldir. Hamı intensiv, yaxşı templə işləyir. Mövsümöncəsi tur da səs-küylə keçdi. Biz həyəcanlıyıq. “Barselona”nın bu mövsümdə məqsədi kuboklar qazanmaq və yaxşı futbol oynamaqdır. Biz azarkeşləri sevindirmək istəyirik, onlar buna layiqdirlər”.

“Barselona” La Liqanın ilk turunun matçında “Rayo Valyekano” ilə qarşılaşacaq.