“Mənə deyirlər ki, yorğun görünürsən” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp klubun cari mövsümdəki böhranı, eləcə də, komandadan mümkün gedişi ilə bağlı açıqlama verib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, insanların ona yorğun göründüyünü dediklərini bildirib:

“Mənim işim yalnız günəş parlayanda və kimsə bizə kubok verəndə burda olmaq deyil. Çətin günlər keçirdiyimiz zaman burada olmaq mənim işimdir və hər şeyi düzəltmək üçün əlimdən gələni edəcəm, hətta mümkünsə daha çox – yüz faiz.

İnsanlar mənə baxanda deyirlər ki, yorğun görünürsən. Bu, yaxşıdır. Amma yorulmuram. Özümə belə bəhanə verə bilmərəm.

Klubdan ayrılmaq? Düşünürəm ki, bu məsələ ilə bağlı qərar mövsümün sonunda veriləcək. Və ya, bəlkə, mövsümün sonunda bir-birimizə deyəcəyik: “Yaxşı, indi bu komandanın və bu baş məşqçinin sonu oldu”. Sual o zaman verilməlidir. Lakin hazırda komandanı yüz faiz ədalətli mühakimə etmək mümkün deyil, çünki bizim ixtiyarımızda heç vaxt tam heyət, bütün oyunçular olmayıb. Əvvəllər heyətdə dəyişiklik edirdik, indi bunu edə bilmirik. Bu problem uzun müddətdir yarımmüdafiə xəttində var”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button