“Napoli” Lukaku ilə bağlı tədbir görəcək

“Napoli”nin idman direktoru Covanni Manna komandanın hücumçusu Romelu Lukaku ilə bağlı vəziyyətə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, belçikalı futbolçunun klubun çağırışına baxmayaraq, komandaya qayıtmaqdan imtina etdiyini bildirib:

“Lukaku biz ondan komandaya qoşulmağı istəyəndə geri dönməmək qərarı verdi. O, zədəsinin vəziyyətini qiymətləndirmək üçün Belçikada qaldı. Klub hər zaman birinci yerdə olmalıdır. Biz müvafiq tədbirlər görəcəyik”.

Lukaku 2025/26 mövsümündə Neapol təmsilçisinin heyətində 7 oyunda iştirak edib və 1 qol vurub. O, cari mövsümün böyük hissəsini sağlamlıq problemləri səbəbindən buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button