
Lukakudan “İnter” etirafı
”Napoli”nin hücumçusu Romelu Lukaku “İnter”dən ayrılmağın ona zərbə vurduğunu etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı forvard bunu söyləyib:
“İnter”dən ayrıldıqdan sonra başqa heç yerdə rahatlıq hiss etmədim. Çox şey baş verdi və mənim haqqımda çox şey yazıldı”.
33 yaşlı futbolçu 2024-cü ildə 30 milyon avroya “Çelsi”dən “Napoli”yə transfer olunub, lakin burada da əvvəlki rahat oyun formasını tapa bilməyib. Onun Neapol klubundan ayrılığının yayda rəsmiləşəcəyi gözlənilir. Lukaku “İnter”də əvvəllər həm müqavilə ilə, həm də icarə əsasında forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



