“Lukaku İngiltərəyə gedəndə yanıldı” – Keçmiş futbolçu

Niderlandlı keçmiş futbolçu Klarens Zeedorf “İnter”in hücumçusu Romelu Lukaku haqda fikirlərini bölüşüb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, belçikalı oyunçunun “Çelsi”yə keçməklə yanıldığını deyib:

“Məncə, Lukaku İngiltərəyə gedəndə yanıldı. Hər şey yaxşıdırsa, niyə “Çelsi”yə gedirsən? Cavabı sadədir: pul. Lakin pul həmişə üstünlük təşkil etməli deyil. Sırf ona görə, bu gün yaxşı oyunçuların sayı çox azdır”.

“Transfermarkt” portalının 2022-ci ildə dünyanın ən çox dəyər itirən futbolçularının siyahısında birinci yerdə 45 milyon avro qiyməti düşən Lukaku olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button