Lukaku: “Bunu “Çelsi”dən soruşmaq lazımdır”

“Roma”da icarə əsasında çıxış edən “Çelsi”nin hücumçusu Romelu Lukaku London klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Çelsi”yə qayıdanda heyrətləndirmək üçün yeni motivasiyam varmı? Bunu “Çelsi”dən soruşmaq lazımdır”.

Lukaku bu mövsüm 37 oyun keçirib, 18 qol vurub və 4 məhsuldar ötürmə verib. 30 yaşlı belçikalı forvardın “Roma” ilə icarə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

“Roma” A Seriyasında 29 turdan sonra 51 xalla 5-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button