“Ludoqorets” – “Servett” matçı azərbaycanlı hakimlərə tapşırıldı

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Komanda.az xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində fevralın 22-də, saat 21:45-də Bolqarıstanın Razgrad şəhərində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) – “Servett” (İsveçrə) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Türkiyədən Alper Ulusoy, onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq. Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautrel olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button