“Luçesku mənim futbol atamdır”

“Kyevo”nun yarımmüdafiəçisi Duqlas Kosta daha əvvəl “Şaxtyor”da (Donetsk) rəhbərliyi altında çıxış etdiyi, hazırda Rumıniya millisinin baş məşqçisi olan Mirça Luçesku haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“O, mənim futbol atamdır. Mən ora 19 yaşımda getdim və 25 yaşımda ayrıldım. Baş məşqçi portuqal dilində danışırdı və mən ona çox borcluyam. Həmin komandada çoxlu braziliyalı var idi: Villian, Luis Adriano, Fernandinyo. Sanki Cənubi Amerikaya qayıtmışdıq. Ardıcıl beş çempionluq qazandıq, həqiqətən də, dominantlıq etdik”.

Luçesku 2004-2016-cı illərdə “Şaxtyor”a rəhbərlik edib. Kosta isə 2010-2015-ci illərdə Ukrayna klubunda forma geyinib. O, bu zaman ərzində 203 oyunda 38 qol vurub və 40 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button