Lokatelli Premyer Liqa klubuna keçmək istəyir

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, 24 yaşlı italiyalı futbolçu “Arsenal”a keçmək istəyir. Amma yarımmüdafiəçi oyunu ilə “qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqrini də heyran edib. Alleqri Lokatellinin komandadan ayrılmasını istəmir.

Lokatelli bu mövsüm 6 oyun keçirib və 3 sarı vərəqə alıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button