Sisse yenidən Super Liqa klubunda

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Rizəspor”un yarımmüdafiəçisi Damyan Djokoviçi sıralarına cəlb edib. Xorvatiyalı futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb. O, 2021-ci ilin yanvarından Rizə klubunun uğurları üçün çalışırdı. 31 yaşlı futbolçu karyerası ərzində “Spartak” (Trnava), “Qoritsa”, “Monza”, “Çezena”, “Bolonya”, ÇFR (Kluj), “Livorno”, “Ayaçço”, “Qroyter”, “Spetsiya” və “Riyeka”da da forma geyinib.

“Rizəspor” da heyətinə yeni futbolçu qatıb. Super Liqa təmsilçisi ötən mövsüm “Fənərbaxça”da çıxış etmiş Papiss Sisseni transfer edib. 36 yaşlı futbolçu ilə 6 ay + 1 illik müqavilə imzalanıb.

Papiss Sisse 2018-2020-ci illər aralığında “Alanyaspor”da forma geyinib. Seneqal yığmasının sabiq hücumçusu ötən mövsümü “Fənərbaxça”da keçirib. O, İstanbul təmsilçisində 28 oyuna 5 qol vurub. Ötən yayda bu komandadan ayrılandan bəri klubsuz olan Sisse, “Nyukasl”, “Frayburq”, “Şarlerua” və “Mets”də də forma geyinib. Seneqal yığmasında 36 oyun keçirmiş təcrübəli futbolçu, 17 qola imza atıb.

“Rizəspor” bu qış Jedson Fernandes, Yusuf Sarı, Eren Albayrak, Kubilay Kanatsızkuş və Karlos Ponku da heyətinə qatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button