“Liverpul”un belə oynamağa haqqı yoxdur!” – Keçmiş futbolçu

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin İngiltərə Premyer Liqasının 30-cu turunun “Liverpul” – “Arsenal” (2:2) qarşılaşmasından danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, Mersisayd təmsilçisinin müdafiəçilərinin çıxışını dəyərləndirib:

“Müdafiəçilərin oyunu çox pis idi. “Liverpul”un belə oynamağa haqqı yoxdur! İntensiv və təzyiq qətiyyən görünmür.

“Arsenal”ın hücumçuları üçün hər şey oyunda asan başa gəldi. “Liverpul”un müdafiəsi “pub”a bənzəyirdi. Hər kəs yerində olsa da, qarışıqlıq var idi”.

“Topçular” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 73 xalla birinci, “Liverpul” isə 44 xalla səkkizinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button