“Liverpul”un gürcü futbolçusu: “Tezliklə geri dönəcəm”

İngiltərə Premyer Liqasının 33-cü turunda “Everton” və “Liverpul” arasında keçirilən derbi “qırmızılar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Liverpul”un qapıçısı Georgi Mamardaşvili qarşılaşma zamanı zədə alaraq, oyunu davam etdirə bilməyib. 25 yaşlı qolkiper meydanı xərəkdə tərk edib və daha sonra xəstəxanaya aparılıb.

Komanda.az xəbər verir ki, oyundan sonra sosial şəbəkə vasitəsilə açıqlama verən gürcüstanlı futbolçu azarkeşləri narahat olmamağa çağırıb:

“Şükür Allaha, hər şey yaxşıdır. Dəstəyə görə hər kəsə təşəkkür edirəm. Tezliklə geri dönəcəm”.

Mamardaşvili cari mövsümdə “Liverpul”un heyətində 18 oyunda iştirak edib və qapısında 29 qol görüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button