“Messiyə rəqib olduğum son üç oyunda qazanan mən oldum”

“Liverpul”un futbolçusu Alisson Bekker açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı qapıçı, “Barselona”nın kapitanı Lionel Messi haqda fikirlərini bildirib:

“Messi futbol tarixinin ən yaxşı oyunçularından biridir. Ancaq onunla qarşı-qarşıya gələndə bunu düşünmürəm. Messiyə rəqib olduğum son üç oyunda qazanan mən oldum.

Həm “Barselona”, həm də Argentina milli komandası yüksək səviyyəli oyunçulardan ibarətdir. Buna baxmayaraq, Messi qarşısında qələbə qazandım”.

“Liverpul”la 2024-cü ilə qədər müqaviləsi olan Alisson, bu mövsüm zədə səbəbiylə sadəcə iki oyunda iştirak edib.