“Liverpul”un ÇL oyunu təhlükədə – koronavirusa görə

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun “Midtyulland” (Danimarka) – “Liverpul” (İngiltərə) oyununun keçirilməsi sual altına düşüb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna səbəb oyunun keçiriləcəyi Danimarkada koronavirusun yeni növünün yayılmasıdır. “Liverpul”un bu səfərdən sonra 14 gün karantində qalması lazımdır. Bu, komandanın planlarına daxil olmadığı üçün Mersisayd klubunu narahat edir.

Oyun dekabrın 9-da keçirilməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button