“Liverpul”la oyundan əvvəl “Real”da itkilər

“Real” “Liverpul”la UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda iki əsas futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Komanda.az “kral klubu”nun rəsmi saytına istinadən xəbər verir ki, Orelyen Tuçameni və Toni Kroos İngiltərədəki görüşdə iştirak etməyəcək.

Hər iki yarımmüdafiəçi bir gün əvvəl xəstəlik səbəbindən məşqə çıxmayıb. “Real”ın müdafiəçisi Ferlan Mendi isə zədəli olduğu üçün ÇL matçında olmayacaq.

Fevralın 21-də keçiriləcək “Liverpul” – “Real” matçı saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button