“Liverpul”dan hücumçusuna yeni müqavilə – Həftəlik 250 min avro

İngiltərənin “Liverpul” klubu hücumçusu ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar” keçən mövsümün noyabr ayında müqaviləsini uzatdığı Sadio Mane ilə yeni sözləşmə imzalamaq istəyir. Mersisayd təmsilçisi seneqallı futbolçu ilə 2023-cü ilədək nəzərdə tutulmuş müqavilənin müddətini 2025-ci ilədək uzatmağı planlaşdırır. Mane yeni müqavilə təklifini qəbul edəcəyi təqdirdə, həftəyə 250 min avro qazanaraq, komandanın ən yüksək məvacibli futbolçusu olacaq.

2016-cı ildən “Liverpul”un şərəfini qoruyan 27 yaşlı futbolçu, cari mövsümdə keçirdiyi 7 oyunda 6 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button