“Liverpul”dan daha bir ilk

“Liverpul” İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınmış oyunda “Vest Hem”i 2:0 hesabı ilə məğlub edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bununla da, “qırmızılar” cari mövsümdə Premyer Liqadakı bütün komandalara qalib gəlib. Mersisayd klubu tarixində ilk dəfə bir mövsümdə çempionatdakı bütün rəqiblərini məğlub etməyi bacarıb.

Premyer Liqada 24 turdan sonra 70 xal toplayan “Liverpul” turnir cədvəlinin lideridir və ən yaxın izləyicisi “Mançester Siti”ni 19 xal qabaqlayır. Komanda 24 oyunun 23-də qalib gəlib, bir heç-heçəylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button