Az maaşa da razıdır – “Liverpul”dan ayrılmaq üçün

“Liverpul”un vingeri Federiko Kyeza komandanı tərk etmək qərarına gəlib.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, 28 yaşlı futbolçu komandadan ayrılmaq üçün maaş tələblərini belə, aşağı salmağa hazırdır.

Daha əvvəl İtaliya A Seriyası klubları Kyeza ilə maraqlansa da, hələlik konkret təklif yoxdur.

İtaliyalı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 34 oyunda meydana çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button