Slot “Liverpul”da qalacağına inanır

“Liverpul”un baş məşqçisi Arne Slot gələcək karyerası ilə bağlı açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis növbəti mövsümdə də komandanın “sükanı arxasında” qalacağına inanır:

“Gələn mövsüm də “Liverpul”un baş məşqçisi olacağıma inanmaq üçün hər cür əsasım var. Yeni mövsümlə bağlı planlar hazırlanıb, klub və yeni oyunçularla danışıqlar davam edir, mən də bu prosesdə iştirak edirəm”.

Slot “Liverpul”un baş məşqçi postuna 2024-cü ilin yayında təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olub. “Qırmızılar” hazırda 36 turdan sonra topladıqları 59 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button