“Liverpul”da itki – 6 ay olmayacaq

İngiltərənin “Liverpul” klubunun müdafiəçisi zədələnib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Nataniel Klayn “Borussiya” ilə (Dortmund) yoxlama matçında (2:3) zədələnib. Futbolçunun 6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Geridə qalan mövsümün ikinci yarısını icarə əsasında “Bornmut”da keçirən 28 yaşlı futbolçu, iştirak etdiyi 14 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button