
“Liverpul”a qarşı ən yaxşı oyunlarımızdan birini göstərəcəyik” – Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Liverpul”la (İngiltərə) matçda ən yaxşı oyunlarından birini göstərəcəklərinə inanır.
Komanda.az xəbər verir ki, o bunu “köhlən atlar”ın UEFA Çempionlar Liqasının 8-ci turunda “Liverpul”a qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında deyib. Baş məşqçi onları maraqlı qarşılaşmanın gözlədiyini bildirib:
“Əsas mərhələnin son oyununa çıxırıq. Möhtəşəm stadionda və möhtəşəm azarkeşlər qarşısında çıxış edəcəyik. “Liverpul”un heyətində olan futbolçular hər zaman qələbəyə istəklidirlər. Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarından birini göstərəcəklər”.
“Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-də, saat 00:00-da start götürəcək.
Bizi Facebook-da izləyin



