“Liverpul” yeni transferini rəsmən açıqladı

“Liverpul” “Benfika”nın futbolçusu Darvin Nunyesi transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Uruqvaylı hücumçu ilə 6 illik müqavilə imzalanıb. Britaniya mətbuatı “Liverpul”un bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəyəcəyini yazıb.

22 yaşlı forvard ötən mövsüm Portuqaliya çempionatında 28 oyuna çıxıb, 26 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button