“Liverpul” “Sportinq”dən 2 futbolçu transfer edə bilər

“Liverpul” “Sportinq”dən iki futbolçunu dəvət etmək variantını nəzərdən keçirir.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi Markus Edvards və müdafiəçi Qonsalo İnasio İngitərə klubuna keçə bilər.

“Liverpul” Yurgen Kloppun yerinə “Sportinq”i çalışdıran Ruben Amorimi təyin etmək istəyir. Portuqaliyalı mütəxəssis “qırmızılar”ın baş məşqçi postuna əsas namizədlərdən biridir.

Edvards əvvəllər İngiltərədə “Tottenhem”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button