“Liverpul” yayda 6 oyunçu ilə vidalaşa bilər

“Liverpul” yay transfer dövründə heyətində ciddi dəyişikliklərlə üzləşə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

İddiaya görə, Mersisayd təmsilçisi hücumçular Məhəmməd Salah və Federiko Kyeza, yarımmüdafiəçi Kortis Cons, həmçinin, müdafiəçilər Endryu Robertson, İbraima Konate və Co Qomeslə yollarını ayıra bilər.

“Liverpul” hazırda İngiltərə Premyer Liqasında 49 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Arne Slotun yetirmələri iki gün əvvəl UEFA Çempionlar Liqasının 1/8 finalında “Qalatasaray”ı mübarizədən (iki oyunun nəticəsinə əsasən 5:1) kənarlaşdırıb və 1/4 finala yüksəlib. Komanda bu mərhələdə PSJ ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button