“Liverpul” ulduz futbolçu almır, onu yaradır”

“Liverpul”un sabiq futbolçusu Cimi Karrager Mersisayd klubu ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı sabiq futbolçu, “qırmızılar”ın transfer məsələləri ilə bağlı bunları deyib:

“Məsələ sadəcə “Liverpul”un başqalarının görə bilmədiyi keyfiyyətlərə malik futbolçuları transfer edə bilməsi deyil. Endi Robertsonu “Hall Siti”dən, Corcinyo Veynaldumu “Nyukasl”dan transfer etdilər. Məhəmməd Salah “Çelsi”də oynayırdı. “Liverpul” yalnız ən yaxşı klublara gedib, futbolçu almır. Futbolçunu transfer edə bilərsiz, amma onlarla işləmək daha vacib məsələdir. Bəzən bu barədə unuduruq. Gətirdiyin futbolçunu daha yaxşı etməlisən. “Liverpul” ulduz futbolçu almır, onu yaradır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button