
“Liverpul” Slotdan elə bir şey istəyir ki…
“Liverpul”un baş məşqçisi Arne Slotun klubdakı gələcəyi sual altındadır.
Komanda.az xəbər verir ki, bu barədə “OK Diario” məlumat yayıb.
Niderlandlı mütəxəssis yalnız bir halda komandanın baş məşqçisi postunda qala bilər: o, “qırmızılar”ı bu mövsüm UEFA Çempionlar Liqasının qalibi edərsə. Əks halda, klub rəhbərliyi onu istefaya göndərə bilər. Belə olarsa, komandanın yeni baş məşqçisi kimi ispaniyalı mütəxəssis Xabi Alonso təyin olunacaq. O, artıq “Liverpul”la əməkdaşlıq barədə ilkin razılıq əldə edib.
“Liverpul” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la qarşılaşacaq. Komandalar arasındakı ilk oyun bu gün Türkiyədə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



