“Liverpul” Slotla bağlı qərarı ertələyib

“Liverpul” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında dünən evdə “Qalatasaray” üzərində 4:0 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlsə də, komandanın mövsümboyu qeyri-sabit çıxışı müzakirə mövzusu olaraq qalır. İlk oyunda İstanbul təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubunun rəhbərliyi baş məşqçi Arne Slotla bağlı hələlik radikal qərar vermək niyyətində deyil. İngiltərə təmsilçisi niderlandlı mütəxəssisə ən azı mövsümün sonuna qədər şans tanımağı planlaşdırır.

Bununla belə, qeyd olunur ki, vəziyyət yenidən, apreldə – PSJ ilə keçiriləcək Çempionlar Liqasının 1/4 final oyunlarından sonra dəyərləndiriləcək.

“Liverpul” növbəti matçını İngiltərə Premyer Liqasında, səfərdə “Brayton”a qarşı keçirəcək. Qarşılaşma martın 21-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button