“Liverpul” “Sauthempton”un futbolçusunu istəyir

“Sauthempton”un yarımmüdafiəçisi Ceyms Uord-Prouz “Liverpul”un hədəfindədir.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “Sauthempton” 28 yaşlı yarımmüdafiəçi üçün təxminən 50 milyon funt-sterlinq tələb edir. “Liverpul” oyunçunu almağa hazırdır. Lakin “qırmızılar” tələb olunan pulun yalnız yarısını – 25 milyon funt-sterlinq ödəmək istəyirlər.

“Sauthempton” ötən mövsüm Premyer Liqanı sonuncu pillədə başa vurub və Çempionşipə düşüb.

Uord-Prouz komandanın heyətində 38 oyuna çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button