“Liverpul” Salahın boşluğunu onunla dolduracaq

“Atletiko”nun hücumçusu Joao Feliks karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Komanda.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” portuqaliyalı futbolçunu transfer etmək istəyir.

Mersisayd təmsilçisi Feliksi Səudiyyə Ərəbistanı klubuna keçəcəyi gözlənilən Məhəmməd Salahın əvəzləyicisi kimi nəzərdən keçirir.

Joao Feliks 2022/23 mövsümünün ikinci hissəsini icarə əsasında “Çelsi”də keçirib. O, London klubunda 20 oyuna çıxıb və dörd qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button