“Qarabağ”ın rəqibi “Real”la yarışacaq

“Liverpul” Avropanın digər aparıcı klubları ilə birlikdə niderlandlı futbolçu Kes Smit uğrunda mübarizəyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi “AZ Alkmaar”ın yarımmüdafiəçisini qarşıdakı yay transfer pəncərəsi üçün əsas hədəf kimi müəyyənləşdirib.

Xəbərdə bildirilir ki, “Real” da Smitlə yaxından maraqlanır. “Liverpul” rəhbərliyi “kral klubu”nun bu marağından xəbərdardır, ancaq onlarla rəqabətdən çəkinmir.

“AZ Alkmaar” rəhbərliyi isə klubun yetirməsi olan futbolçunun satışından rekord məbləğ əldə edəcəyinə inanır. Niderland klubu Smitə görə 50 milyon avrodan artıq gəlir gözləyir.

Kes Smit yanvarın 20-də 20 yaşını qeyd edəcək. Onunla maraqlanan “Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button