“Liverpul” Slotu bir şərtlə postunda saxlayacaq

“Liverpul”un baş məşqçisi Arne Slotun mövsümün sonuna qədər vəzifəsindən kənarlaşdırılmaq ehtimalı aşağıdır, ancaq qarşısına qoyulmuş hədəfləri yerinə yetirməlidir.

Komanda.az “MatchDay Central”-a istinadən xəbər verir ki, “qırmızılar”ın rəhbərliyi niderlandlı mütəxəssisə güvənir və yaxın aylarda onu əvəz etmək niyyətində deyil. Lakin klub rəhbərliyi hazırkı mövsümün sonunda ondan Premyer Liqada ilk dördlükdə yer almağı tələb edəcək.

Bundan əlavə, “Liverpul” rəhbərliyi komandanın UEFA Çempionlar Liqasında uğur qazanmağa çalışmasını istəyir, çünki Premyer Liqada çempionluq şansı demək olar ki, yoxdur.

Əvvəllər “Liverpul”un Slotu yanvarda “Real”dan qovulduqdan sonra işsiz qalan Xabi Alonso ilə əvəz etməyə hazır olduğu barədə şayiələr yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button