“Liverpul” ondan narazıdır

“Liverpul” rəhbərliyi müdafiəçi Vircil van Daykın cari mövsümdəki çıxışından narazıdır. Klub 31 yaşlı niderlandlı futbolçuya əvəzləyici axtarır.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, “Liverpul” “Benfika”dan Antonio Silva və “Sportinq”dən Qonzalo İqnasiyanı van Daykın əvəzləyicisi üçün düşünür.

Premyer Liqa klubu onlardan birini 2023-cü ilin yayında transfer etmək istəyir.

Van Dayk 2018-ci ildən “Liverpul”da çıxış edir. Tərəflər arasındakı müqavilənin müddəti 2025-ci ilin ortalarına kimi hesablanıb.

Futbolçu bu mövsüm Premyer Liqada 20 oyuna çıxıb və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button