
Dumfris Premyer Liqa klubuna keçə bilər
“İnter”in müdafiəçisi Denzel Dumfris karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” rəhbərliyi yay transfer pəncərəsində niderlandlı müdafiəçini heyətinə qatmaq niyyətindədir.
30 yaşlı futbolçunun müqaviləsində 25 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Bu da transferin reallaşmasını asanlaşdıra bilər.
Dumfris 2021-ci ilin yayından “İnter”in formasını geyinir. O, cari mövsümdə 28 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



