Neres üçün daha bir “elçi”

“Ayaks”ın futbolçusu David Neres “Liverpul” klubunun diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi 22 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Neresin Yurgen Kloppun yay transfer pəncərəsi dövründəki əsas hədəflərindən biri olduğu bildirilir. Braziliyalı futbolçunun transfer dəyəri 35 milyon avrodur.

“Ayaks”la bu mövsüm 50 qarşılaşmada iştirak edən Neres, 12 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçuyla London təmsilçiləri – “Çelsi” və “Arsenal” da yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button