“Liverpul” Konateyə əvəzləyici tapıb

“Bernli”nin müdafiəçisi Maksim Esteve karyerasını daha böyük bir klubda davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb. 23 yaşlı futbolçu “Liverpul”un maraq dairəsindədir.

Mersisayd təmsilçisi Esteveni müdafiəçi İbrahima Konatenin potensial əvəzedicisi kimi nəzərdən keçirir. Bildirilir ki, futbolçunun mümkün transfer qiyməti 28 milyon avro civarındadır. Fransalı müdafiəçi son mövsümdə 36 oyunda meydana çıxıb. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button