“Liverpul” fransalı futbolçunun transferində mübarizədə öndədir

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa yay transfer dövründə İngiltərəyə köçə bilər. Fransalı futbolçu madridlilərin əsas heyətində daim yer almır və klub onun satış variantını nəzərdən keçirməyə hazırdır.

Komanda.az “Transfer News Live”-a istinadən xəbər verir ki, hazırda Kamavinqa uğrunda mübarizədə “Liverpul” ön sıralardadır. Bundan əlavə, “Mançester Yunayted” və “Çelsi” də onun transferində maraqlıdır.

23 yaşlı yarımmüdafiəçi “Real”dan ayrılacağı təqdirdə, daha çox UEFA Çempionlar Liqasında çıxış edən kluba üstünlük verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button