“Liverpul” hücumçusu ilə yollarını ayırdı – rəsmi

“Liverpul” klubu futbolçusu Divok Origi ilə yollarını ayırıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun iyunun sonunda başa çatacaq müqaviləsi uzadılmayıb. Belçika millisinin üzvü komandanı azad agent kimi tərk edib.

2014-cu ildən “Liverpul”da çıxış edən Origi müxtəlif vaxtlarda Almaniya “Volfsburq”una və Fransa “Lill”inə icarəyə verilib. Hücumçu Mersisayd klubu ilə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button