“Liverpul” artıq çempiondur” – Mourinyo

İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində “Liverpul”la qarşılaşacaq “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açqılama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, zədəlilər və oyunla bağlı danışıb:

“Harri Keynin və Mussa Sissokonun vəziyyətini bilirik, amma ümid edirəm ki, Uqo Lloris və Ben Deyvis ayın sonuna qədər komandaya qoşularlar. Qısa müddət içərisində vacib futbolçularımızı itirməyimiz təəssüf doğurur, amma bu vəziyyətdə digər futbolçuların hazır olması üçün hər şey etməliyik. Özümüzə inanmalıyıq. İnanmalıyıq ki, vacib futbolçuların zədələnməsi digərləri üçün fürsətdir.

Düşünürəm ki, “Liverpul” artıq çempiondur. Mən də oxşar vəziyyətdə olmuşam, bunu demək, qeyd etmək istəmirsiz, amma çempion olduğunuzu bilirsiz. Komanda hazırda çox güclüdür və Premyer Liqadakı digər klublardan daha yaxşıdırlar. “Liverpul” hazırda ən yaxşıdır və çempiondur, buna hörmət edirik. Amma heç bir şey qalibiyyət haqqında düşünməyimizə mane ola bilməz”.

“Tottenhem” – “Liverpul” oyunu bu gün, saat 21:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button