“Liverpul” fransalı futbolçu üçün hərəkətə keçib

“Liverpul” “Monako”nun yarımmüdafiəçisi Maqnes Akliuşu transfer etməyi düşünür.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

24 yaşlı futbolçu yayda “qırmızılar”dan azad agent kimi ayrılacaq Məhəmməd Salahın mümkün əvəzedicisi kimi nəzərdən keçirilir.

“Liverpul” “Monako”nun fransalı oyunçu üçün 50 milyon avro tələbindən narahat deyil. Ancaq “Tottenhem” aşağı liqaya düşməsə, mersisaydlılar onlarla rəqabətlə üzləşə bilər.

Akliuş 2022-ci ilin iyulundan “Monako”da çıxış edir. Onun müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. O, bu mövsüm 42 matçda iştirak edib, 7 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button