“Liverpul” bunu dördüncü dəfə yaşadı

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun matçında LASK-ı məğlub edən (4:0) “Liverpul” cari mövsümün ilk 10 ev oyununda 10-cu qələbəsini qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul”un tarixində bütün yarışlar nəzərə alınmaqla komandanın ilk 10 ev oyununda qalib gəldiyi cəmi dörd belə hal olub. Bu, ilk dəfə 1893/1894 mövsümündə (16 qələbə), sonra 1972/1973 mövsümündə (11) və 1985/1986 mövsümündə (13) yaşanıb.

“Liverpul” Avropa Liqasının beş matçında 12 xal toplayıb. Yurgen Kloppun komandası birinci yerlə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

“Liverpul” İngiltərə Premyer Liqasında lider “Arsenal”dan 2 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button