
Cerrard “əfsanələrin oyunu”nda iştirak edəcək
Mart ayının sonunda “Liverpul” və Dortmund “Borussiya”sı arasında əfsanələr matçı keçiriləcək.
Komanda.az “Liverpul”un mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın sabiq yarımmüdafiəçisi Stiven Cerrard da bu qarşılaşmada iştirak edəcək. Yoldaşlıq görüşü martın 28-də, “Enfild”də olacaq.
Cerrard “Liverpul”un tarixində ən yaxşı futbolçulardan biri hesab olunur və 1997–2015-ci illərdə klubun şərəfini qoruyub. O, peşəkar karyerasını 2017-ci ildə başa vurub.
Cerrard hazırda məşqçidir. Onun sonuncu çalışdırdığı komanda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttifaq” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



