“Liverpul” Bekkerlə bağlı qərar verib

“Liverpul”un qapıçısı Alisson Bekker komandada qala bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” futbolçunu komandada saxlamaq istəyir. İngiltərə klubu oyunçu ilə yeni müqavilə bağlamaq niyyətindədir.

Tərəflər arasında hazırkı müqavilənin müddəti növbəti mövsümün sonunda başa çatacaq. Daha əvvəl mətbuatda “Yuventus”un Alissonu transfer etməkdə maraqlı olduğu bildirilib.

33 yaşlı qolkiper 2018-ci ilin yayından bəri “Liverpul”da çıxış edir. Onun bazar dəyəri “transfermarkt”da 17 milyon avro olaraq qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button