
“Liverpul” yeni qapıçı axtarır
“Liverpul” rəhbərliyi Alisson Bekkerin yerinə qapıçı axtarır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu yay transfer pəncərəsində “Yuventus”a keçə bilər. Onun yerinə “qırmızılar”ın ilk seçimi artıq komandada olan gürcü qolkiper Giorgi Mamardaşvili olacaq. Mersisayd klubu, həmçinin, PSJ-nin futbolçusu Luka Şevalye və “Aston Villa”nın qapıçısı Emiliano Martineslə də maraqlanır.
Alisson Bekker 2018-ci ilin yayından bəri “Liverpul”da çıxış edir. 33 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



