“Liverpul” fransalı futbolçu üçün ilk rəsmi təklifini edəcək

“Liverpul” PSJ-nin vingeri Bredli Barkolanın transferini reallaşdırmaq üçün danışıqları intensivləşdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubu 22 yaşlı futbolçunun şəxsi müqavilə şərtləri ilə tanışdır və bu məsələdə problem gözləmir. Hazırda əsas maneə PSJ ilə transfer məbləği üzrə razılıq məsələsidir.

Məlumata əsasən, tərəflər arasında növbəti danışıqlar bu günlərdə keçiriləcək. “Liverpul” yaxın vaxtlarda ilk rəsmi təklifini təqdim etməyi planlaşdırır.

Bildirilir ki, Barkola da bu yay PSJ-dən ayrılmağa müsbət yanaşır. “Qırmızılar” transfer pəncərəsi bağlanmamış fransalı oyunçunu heyətinə qatmaq üçün bütün imkanlardan istifadə etməyə hazırdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button